Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Abşeronda kişi qısqanclıq zəminində ekspeditor işləyən arvadını döydü

865
Paylaş:
Abşeronda kişi qısqanclıq zəminində ekspeditor işləyən arvadını döydü

Abşeronda kişi qısqanclıq zəminində arvadını döyüb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, bu barədə Abşeron Rayon Məhkəməsində keçirilən prosesdə elan olunub.

Hadisə Abşeron rayonu, Mehdiabad qəsəbəsində qeydə alınıb.

Belə ki, Səftar Səttarov (ad, soyadı şərti) qeyri-rəsmi münasibətdə olduğu həyat yoldaşı Rəna Səttarova ilə kirayə yaşadığı evdə aralarında qısqanclıq zəminində mübahisə yaranıb. Mübahisə zamanı o, qadını qəsdən yumruq-təpiklə başından, sifətindən və bədəninin digər nahiyələrinə vurub. Nəticədə Səftar Rənaya qəsdən yüngül zərər yetirib. Daha sonra qadın polisə müraciət edib. Səftar Səttarov barəsində Cinayət Məcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb. Məhkəmə baxışında Səftar Səttarov ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, həyat yoldaşı şirkətlərin birində ekspeditor vəzifəsində çalşır. Təqsirləndirilən şəxs söyləyib ki, hadisədən əvvəl Rəna ilə arasında qısqanclıq zəminində mübahisələr yaranmağa başlayıb: “Hadisədən əvvəl evə gələndə Rənanı görmədim. Daha sonra evin qarşısında həyətə çıxdım. Həmin vaxtı yoldaşının avtomobildən düşərək evinə gəldiyinin şahidi oldum. Ona yaxınlaşıb haradan gəlməsi ilə bağlı maraqlandım və aramızda mübahisə baş verdi. Mübahisə edə-edə evə daxil olduq. Evdə də sözlə mübahisələrimiz davam etdi. Bundan sonra əsəbiləşərək evdən çıxıb getdim. Hadisə günü isə yenidən evə qayıtdım və Rənaya özünü ağıllı aparmasını, pozğunluqla məşğul olmamasını bildirdim. Rəna isə məni evdən qovmaq istədi. Aramızda yenidən mübahisə düşdü. Mən də onun bədəninin müxtəlif nahiyələrinə təpiklə və yumruqla vuraraq xəsarət yetirdim, sonra isə evdən çıxıb getdim. Bir qədər sonra Rənaya zəng vuraraq onunla barışmaq və birlikdə yaşamaq istədiyimi söylədim. Onunla Bakı şəhəri ərazisində görüşüb yaşadığımız Mehdiabad qəsəbəsindəki evimizə gəldik. Həmin günü saat 24 radələrində Rənanı telefonda başqa şəxslə danışmasını gördüm. Yenidən aramızda mübahisə baş verdi və əsəbiləşib Rənanın bədənin müxtəlif nahiyələrinə təpiklə və yumruqla vuraraq ona xəsarət yetirib, evdən çıxıb getdim”.

Rəna məhkəmə ifadəsində əri tərəfindən döyüldüyünü təsdiqləyib, təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı hər hansı şikayəti və tələbi qalmadığını, iş üzrə icraata xitam verilməsini xahiş edib.

Məhkəmənin qərarı ilə cinayət işinə xitam verilib və Səftar Səttarov cinayət məsuliyyətindən azad edilib.

Qeyd: Səftar Səttarov daha əvvəl dələduzluq əməlinə görə məhkumluq həyatı yaşayıb.

Kamal Məmmədov

Paylaş:

Ən son xəbərlər