“Misir Mərdanovun təhsil naziri olduğu dövr ümummili lider Heydər Əliyevin hakimiyyətə gəldiyi və müstəqilliyin yenicə möhkəmlənməyə başladığı, düşmənlə atşkəs müqaviləsinin və transmilli şirkətlərlə neft müqavilələrinin yenicə bağlandığı, müharibə aparan ölkənin yenicə iqtisadi islahatlara başlaması dövrünə təsadüf edir. Həmin dövrdə ölkədə məktəb tikməyə, onları təmir və təchiz etməyə iqtisadi imkanları məhdud, müəllimlərin əmək haqları simvolik idi. Mövcud müəllimlərin bir-çoxu məktəbləri tərk etmiş və özünü digər yolla dolandırmaqla məşğul idilər. Məktəblərdə müəllim işləməyə kadrlar tapılmırdı. Ali məktəblərin pedaqoji ixtisaxlarına 200 baldan aşağı toplayan şəxslər qəbul edilirdi, yüksək bal toplayanlar digər ixtisaslara yiyələnirdi. Həmin dövrdə Misir Mərdanov məktəblərdə çatışmayan minlərlə müəllim yerinə yaxın ixtisaslı şəxslərin və ya yenidən hazırlanmadan keçib müəllim olanları yerləşdirməklə məktəblərdə təlim və tərbiyə məsələlərini qismən də olsa tənzimləməyə cəhd etdi. Lakin 2006-cı ildən Misir Mərdanov qeyri-ixtisaslı şəxslərin müəllim kimi məktəblərə qəbulunu dayandırmaq barədə əmr verdi. Çünki artıq bu dövrdə belələrinə ehtiyac yox idi. Həmin dövrdən ölkəmiz iqtisadi inkişaf edir. Ölkə məktəblərinin çoxu təmirlidir və təchizatı normal səviyyədədir. Müəllimlərin maaşı artırılıb və bu ixtisası seçənlər, hətta hüquq fakültəsinə qəbuldan yüksək nəticə göstərirlər. Bütün bunlar ölkənin dayanıqlı iqtisadi inkişafının nəticəsidir. Məhz sertifikatlaşmadan yüksək nəticə göstərənlər həmin dövrdən bir qədər sonra, mərkəzləşmiş imtahanlarla işə qəbul edilənlərdir”.
Pravda.az-ın xəbərinə görə, bunu ekspert Kamran Əsədov bildirib.