“Qadınların hicab taxmaq hüququnun ölkə Konstitusiyasında təsbiti məsələsinin müzakirəyə çıxarılması hazırda Türkiyədə gündəmdə olan məsələlərdən biridir. Ümumiyyətlə, uzun müddətdir Türkiyədə hicabla əlaqədar belə müzakirələr gedir. Davamlı şəkildə bu məsələ ilə bağlı müxtəlif reaksiyaların şahidi oluruq. Xüsusilə, hazırkı Ədalət və İnkişaf Partiyasının dövründə bir sıra dəyişiklikləri, fərqli reaksiyaları müşahidə etməkdəyik. Bu gün artıq Türkiyə cəmiyyəti də fərqli istiqamətə doğru dəyişib. Türkiyədə müəyyən prosesləri müşahidə edirik”.
Bu sözləri Pravda.az-a Milli Məclisin deputatı Ceyhun Məmmədov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qadınların hicab taxmaq hüququnun ölkə Konstitusiyasında təsbiti məsələsinin ümumxalq səsverməsinə çıxarılması barədə təklifindən danışarkən deyib.