Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Qubanın icra başçısının sabiq müavini yenidən məhkəmə qarşısına çıxarıldı

974
Paylaş:
Qubanın icra başçısının sabiq müavini yenidən məhkəmə qarşısına çıxarıldı

Rüşvətə təhrik etmə və dələduzluqda təqsirləndirilən Quba Rayon İcra Hakimiyyəti başçısının sabiq müavini Xanlar Heybətov və Arif Mustafayev yenidən məhkəmə qarşısına çıxarılıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəməyə müraciət edən şəxslər barələrində bəraət hökmünün çıxarılmasını istəyirlər.

Artıq hakim İlqar Qılıcovun sədrliyi ilə ilkin baxış iclası keçirilib və təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdiirlib.

Növbəti proses oktyabrın 27-nə təyin edilib.

İttihama görə, X.Heybətov 11.02.2019-cu il tarixdən 11.03.2020-ci il tarixədək Quba Rayon İcra Hakimiyyəti başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində çalışıb. O, işlədiyi müddət zamanı qulluq mövqeyindən istifadə edərək sakinlər arasında yaranan nüfuz və etibarından sui-istifadə edib.

Belə ki, X.Heybətov A.Mustafayevlə birgə aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə dələduzluq edib.

Hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 34, 312-ci (Rüşvətə təhrik etmə), 178.2.3-cü (Dələduzluq, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 178.2.4-cü (Dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Quba Rayon Məhkəməsinin hökmünə əsasən, X.Heybətova 9 min manat məbləğində cərimə cəzası tətbiq olunub.

Bundan başqa, A.Mustafayev 6 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib. Həmçinin məhkəmə onun barəsində 6 min manat məbləğində cərimə cəzası tətbiq edib.

Hər iki şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılıb.

Kamal Məmmədov

Paylaş:

Ən son xəbərlər