Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Əmilərini öldürən qardaşlardan xəbər var

681
Paylaş:
Əmilərini öldürən qardaşlardan xəbər var

Masallıda əmilərini qətlə yetirməkdə təqsirləndirilən qardaşlar - Ariz və Fəqan Səfərovlar cinayət işi üzrə ibtidai istintaqı yekunlaşıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Cavid Səfərlinin sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin ilkin baxış iclası hələlik açıqlanmayıb.

Qeyd: Bu il iyulun 31-i saat 07 radələrində Masallı rayon sakini, 1961-ci il təvəllüdlü İbdulla Səfərovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan ilkin araşdırmalarla 1999-cu il təvəllüdlü Ariz Səfərov və qardaşı, 2004-cü il təvəllüdlü Fəqan Səfərovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı taxta parçası və balta ilə əmiləri İbadulla Səfərova xəsarətlər yetirməklə onu qəsdən öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Masallı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlaılıb.

Ariz və Fəqan Səfərovlar şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Kamal Məmmədov

Paylaş:

Ən son xəbərlər