Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Bacısını bıçaqlayan qadının ittihamı ağırlaşdırıldı

696
Paylaş:
Bacısını bıçaqlayan qadının ittihamı ağırlaşdırıldı

Sumqayıtda bacısını öldürməyə cəhddə təqsirləndirilən Kifayət Nurməmmədovanın cinayət işi üzrə ibtidai istintaqı başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Fəhmin Hümbətovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin ilkin baxış iclası hələlik açıqlanmayıb.

Qeyd: Hadisə bu ilin aprelində Sumqayıt şəhəri ərazisində qeydə alınıb.

Belə ki, şəhər sakini, 62 yaşlı K.Nurməmmədova ilə bacısı 48 yaşlı Aygün Nurməmmədova arasında ailədaxili münaqişə yaranıb. Münaqişə sonda qanla nəticələnib. K.Nurməmmədovanı bacısını başından bıçaqlayıb.

A.Nurməmmədova ağır xəsarətlə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı K.Nurməmmədova saxlanılıb.

Onun barəsində Cinayət Məclləsinin 120.2.4-cü (Xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Paylaş:

Ən son xəbərlər