“Bədən dilinə önəm vermirəm. AŞPA-nın iclasında əli cibində çıxış etmək düşünülmüş və ya məqsədli deyildi. Bu, vərdişdir. Əksər hallarda əli cibində gəzirəm. Universitetdə mühazirədə də əlim cibimdə olur. Bəlkə də yaxşı vərdiş deyil, kənardan estetik görünmür”.
Pravda.az-ın xəbərinə görə, bunu REAL Partiyanın funksioneri, deputat Erkin Qədirli İctimai televiziyada “Dadaş Dadaşlinski”yə müsahibəsində bildirib.