“Böyük Britaniya kimi ölkələr çox illik sistemin yaratdığı “görünməz əl” tərəfindən idarə edilir. Bu bir növ dövlətin bəlli bir strateji alqoritmi əsasında yaradılan “avtopilot” kimidir. Belə ölkələrdə hökümət başçıları həmin “avtopilot”a xidmət edən mexanik kimi olurlar. Bunu kimsə dəyişə bilməz. “Avtopilot”a xidmət edən mexanik alqoritmdə nəyisə dəyişməyə cəhd edərsə və xidməti normal icra edə bilməzsə, o zaman bu postda çox qala bilməzlər. Liz Trasın hakimiyyətdə cəmi 45 gün qala bilməsinin də əsl səbəbi elə bu idi”.
Pravda.az-ın xəbərinə görə, bunu ekspert Eldəniz Əmirov bildirib.
