Meksika Deputatlar Palatasında fəaliyyət göstərən Meksika-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Migel Anxel Navarrete Azərbaycan Respublikasının Müstəqilliyinin Bərpasının 31-ci ildönümü ilə əlaqədar Azərbaycanın bu ölkədəki səfirliyinə ünvanladığı təbrik məktubunda ölkəmizin bu illər ərzində dünyada suveren və mütərəqqi bir ölkə kimi möhkəmləndiyi, Latın Amerikası regionundakı ölkələrlə, o cümlədən Meksika Birləşmiş Ştatları ilə əməkdaşlıq və dostluq əlaqələrini genişləndirdiyi qeyd olunub.
Bu barədə Azərbaycan Respublikasının Meksikadakı səfirliyindən məlumat verilib.