Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə iştirak etmək üçün oktyabrın 31-də Soçiyə gedəcək.
Əliyev-Putin-Paşinyan görüşünün yeri və tarixi açıqlandı
Pravda.az xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistlərə deyib.
“Məndə olan məlumata görə, Nikol Paşinyan Soçiyə gedəcək. Görüşün baş tutacağına inanıram” - A.Simonyan bildirib.