Azərbaycan Yazıçılar Birliyinin XIII Qurultayına Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə də qatılıb.
Qurultay ərzində şeyx Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədovla birlikdə Akademik Milli Dram Teatrında iki nəfərlik yerdə əyləşib. Toplantıya dörd nəfər mühafizəçinin müşayiəti ilə qatılan Allahşükür Paşazadə jurnalistlərin suallarını cavablandırmaqdan qaçınıb.