Məzmuna keç
Pravda.az — xəbər portalı
Dünya

LGBT təbliğatını qadağan edən qanun layihəsi qəbul edildi

881
Paylaş:
LGBT təbliğatını qadağan edən qanun layihəsi qəbul edildi

Dövlət Duması qeyri-ənənəvi cinsi münasibətlərin Rusiyada, o cümlədən KİV-də, internetdə, reklamda, ədəbiyyat və kinoda təbliğinin qadağan edilməsi ilə bağlı qanun layihəsini birinci oxunuşda qəbul edib.

Pravda.az xəbər verir ki, Dumanın 400 deputatı, o cümlədən palata spikeri Vyaçeslav Volodin LGBT təbliğatının qadağan edilməsi ilə bağlı qanun layihəsinin müəllifləridir.

Qanuna qeyri-cinsi münasibətlərin, pedofiliyanın, o cümlədən LGBT haqqında məlumatın yayılması ilə bağlı qadağanı əhatə edir. Bundan başqa gənclər arasında cinsiyyətin dəyişməsinə internet, KİV, kitablar, audiovizual xidmətlər, kino və reklamlarda çağırışına qadağa da qeyd edilib.

Yeni qanun uşaqların LGBT haqqında məlumatları əldə etməsi ilə bağlı məhdudiyyətlər də gətirəcək.

Paylaş:

Ən son xəbərlər