Rusiya özünü Qərbin düşməni hesab etməyib və indi də hesab etmir.
Bunu Rusiya Prezidenti Vladimir Putin Valday Diskussiya klubunun plenar iclasında çıxışında bildirib.
Putin azı iki Qərbin - ənənəvi, çox zəngin mədəniyyətə malik və aqressiv, müstəmləkəçi Qərbin olduğunu deyib.
Rusiya lideri qeyd edib ki, ölkəsi Qafqazda Qərbin dəstəklədiyi terror yuvasına qarşı mübarizədə verdiyi bədəli hər zaman xatırlayacaq.