“Jurnalist bu sualı mənə versəydi, mən bir az ayrı cür cavab verərdim. Jurnalist əgər araşdırmaçıdırsa, getsin yüksək vəzifəli məmurlar tərəfindən nələr baş verdiyini araşdırsın”.
Bunu yazıçı Seyran Səxavət jurnalistin sualına əsəbiləşərək sərt reaksiya verən yazıçı Çingiz Abdullayevlə bağlı qalmaqaldan danışarkən deyib.
“Jurnalist milyonlarla yeyintinin araşdırması ilə məşğul olsun. Hamı bilir ki, hansı məmur nə qədər pul yeyintisi edib. Jurnalistin nə azarı var, ona nə düşüb ki, 203 minin hara xərcləndiyini soruşur?
Məmurların dağıtdığı milyardları qoyub 203 minin dalınca qaçır. Burada jurnalistin nə marağı var?