Seulda Hellouin bayramı şənlikləri zamanı şəhərin mərkəzindəki İtxevon küçəsində baş verən izdiham nəticəsində 19-u əcnəbi olmaqla 151 nəfər ölüb.
Bu barədə “News-1” agentliyi məlumat yayıb.
Bildirilib ki, 82 yaralıdan 19-un vəziyyəti ağır qiymətləndirlir.
270 nəfərin taleyi barədə isə məlumat yoxdur.
YTN-nin məlumatına görə, izdiham adı açıqlanmayan məşhur pop müğənninin İtxovenn bölgəsində olması xəbəri ilə baş verib.
Bundan sonra bir çox insan ulduzun dincəldiyi hotelin yerləşdiyi dar xiyabana axışıb.
***
2022-10-29 23:37
Cənubi Koreyanın paytaxtı Seulda Hellouin bayramı münasibətilə keçirilən izdihamlı tədbirdə ölənlərin sayı 146 nəfərə çatıb.
Bu barədə "Associated Press"agentliyi məlumat yayıb.