Məzmuna keç
Pravda.az — xəbər portalı
Dünya

“Telegram” bloklandı

912
Paylaş:
“Telegram” bloklandı

Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidməti (“Roskomnadzor”) ölkənin Baş Prokurorluğunun tələbi ilə teleqram messencerinə məxsus “t.me” domeninə girişi məhdudlaşdırıb.

Bunu şənbə günü, oktyabrın 29-da Rusiyada səhifələrin və resursların bloklanması departamentinin reyestrində yer alan məlumat sübut edir.

Qeyd olunur ki, domenin reyestrə daxil edilməsinə səbəb “İnformasiya haqqında” Qanunun 15.3-cü maddəsidir.

“Bu qanunvericilik norması internetdə kütləvi iğtişaşlara, ekstremist fəaliyyətə və ya müəyyən edilmiş qaydanı pozmaqla keçirilən kütləvi (ictimai) tədbirlərdə iştiraka çağırışlar, mötəbər hesabatlar pərdəsi altında yayılan etibarsız sosial əhəmiyyətli məlumatların yer aldığı saytlara girişin məhdudlaşdırılması qaydasını tənzimləyir”, - xəbərdə deyilir.

Report

Paylaş:

Ən son xəbərlər