Məzmuna keç
Pravda.az — xəbər portalı
Dünya

Somalidə silahlılar təhsil nazirliyinə hücum edib, 100 nəfər ölüb - YENİLƏNDİ

1 003
Paylaş:
Somalidə silahlılar təhsil nazirliyinə hücum edib, 100 nəfər ölüb -   YENİLƏNDİ

Somalidə Təhsil Nazirliyinin binasına silahlı hücum zamanı ölənlərin sayı 100-ə çatıb.

Bu barədə Reuters məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində 300 nəfər yaralanıb.

***

06:50

Somalinin paytaxtı Moqadişonun mərkəzində ölkənin Təhsil Nazirliyinin binasına hücum zamanı 30 nəfər ölüb.

Bu barədə “Sky News Arabia” telekanalı məlumat yayıb.

Hadisəni “Aş-Şabab” terror qruplaşması öz üzərinə götürüb.

Hücum zamanı kamikadze nazirliyin qarşısında iki avtomobili partladıb.

Bunun ardınca bir qrup silahlı binaya daxil olub.

Binanın içində silahlılarla təhlükəsizlik işçiləri arasında atışma olub.

Hazırda bina polis və ordu hissələri tərəfindən əhatəyə alınıb.

APA

Paylaş:

Ən son xəbərlər