ABŞ-ın Vaşinqton Universitetinin alimləri müəyyən ediblər ki, dezinfeksiyaedici xlorheksid qlükonat sümük şişlərinin cərrahi müalicəsi zamanı xərçəng hüceyrələrini öldürməkdə təsirli olur.
Tədqiqat “The Journal of Bone & Joint Surgery” jurnalında dərc olunub.
Alimlər əməliyyatdan sonra nəhəng hüceyrəli şişləri aradan qaldırmaq üçün istifadə edilən bir neçə məhlulun, o cümlədən etanol, povidon-yod, hidrogen peroksid və steril suların effektivliyini qiymətləndiriblər. Məlum olub ki, xlorheksid qlükonatın 0,05 %-li məhlulu çox effektlidir və müalicə müddəti (iki və ya beş dəqiqə) onun xərçəng hüceyrələrinə toksikliyinə təsir etmir.