Braziliyada keçirilən prezident seçkilərinin ikinci turunda Luiz İnasiu Lula da Silva qalib gəlib.
Oktyabrın 30-da Braziliyada prezident seçkilərinin ikinci turu çərçivəsində səsvermə 9 saat davam edib.
Səslərin 99,01 faizinin hesablanmasının nəticələrinə görə, Lula da Silva 50,84 faiz, onun rəqibi, ölkənin hazırkı prezidenti Jair Bolsonaro isə 49,16 faiz səs toplayıb.