Xaricdə təhsil alanların diplomlarının tanınması ilə bağlı oktyabr ayı üzrə 467 müraciətçinin 406-sı barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 61 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.
Bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib.
Tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 22, dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması səbəbi ilə 19, təhsil ölkəsində tələb olunan minimal müddətin ödənilməməsi, həm də tədris dilinin qənaətbəxş olmaması səbəbi ilə 10, digər səbəblər üzrə 10 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.