Rusiyanın “Regnum“ xəbər agentliyi fəaliyyətini dayandırıb.
Bu barədə agentlik “Telegram” kanalında məlumat yayıb.
“Hörmətli oxucular! “Regnum“ informasiya agentliyinin sahibi idarə heyətini heç bir səbəb olmadan dəyişib. Vəziyyət aydınlaşana qədər agentlik fəaliyyətini dayandırır”,- deyə baş redaktor Modest Kolerov açıqlamasında bildirib.