Dövlət İmtahan Mərkəzində fəaliyyət göstərən fənlər üzrə işçi qruplarında 2023-cü ildə keçiriləcək ümumi orta (9 illik) və tam orta (11 illik) təhsil səviyyələri üzrə buraxılış və ali təhsil müəssisələrinə qəbul imtahanları üçün proqramların müzakirəsi başa çatıb.
DİM-dən Pravda.az-a verilən xəbərə görə, proqramlar respublikanın ümumtəhsil məktəblərində müvafiq fənlər üzrə qüvvədə olan dərsliklər və fənn kurikulumlarının məzmun standartlarının tələbləri və təlim nəticələri əsasında hazırlanıb, təkmilləşdirilib.
Müzakirələr zamanı 9 və 11-ci siniflərdə təhsil alanların aşağı siniflərdə keçdikləri dərsliklərlə hazırda həmin siniflərdə qüvvədə olan dərsliklər müqayisə edilib. Onlarda olan yeniliklər və fərqlər müəyyənləşdirilib. Proqramlara yalnız hər iki dərslikdə eyni olan mövzular və faktlar daxil edilib, dəqiqləşdirmələr aparılıb. Məktəb kursundan çıxarılmış mövzular proqramlardan da çıxarılıb.
Azərbaycan dili fənni üzrə
Tam orta (11 illik) təhsil səviyyəsi üzrə buraxılış və ali təhsil müəssisələrinə qəbul imtahanı proqramlarına “Vurğu” daxil edilib.
Ədəbiyyat (Azərbaycan bölməsi) fənni üzrə
Dərsliklərdən çıxarıldığı üçün Mehdi Hüseynin “Odlu qılınc” əsəri və Bəxtiyar Vahabzadənin ”Vətəndaş” şeiri proqramdan çıxarılıb.
Riyaziyyat fənni üzrə
Dərsliklərdən çıxarıldığı üçün “Triqonometrik bərabərsizliklər” mövzusu tam orta (11 illik) təhsil səviyyəsi üzrə buraxılış və ali təhsil müəssisələrinə qəbul imtahanı proqramlarından çıxarılıb. Həmçinin tədrisinin bir hissəsi mart ayından sonraya düşdüyünə görə “Törəmə və onun tətbiqləri” və “Funksiyanın limiti” mövzuları tam orta (11 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı proqramından çıxarılıb. Həmin mövzular ali təhsil müəssisələrinə qəbul imtahanı proqramında saxlanılıb.
Kimya fənni üzrə
“Məhlulların qarışdırılma düsturları” mövzusu, həmçinin disaxaridlərdən laktoza həm I, həm də IV ixtisas qrupları üzrə qəbul proqramlarından çıxarılıb. Bununla yanaşı, I ixtisas qrupu üzrə qəbul proqramından “Qeyri-üzvi birləşmələr arasında genetik əlaqə” çıxarılıb. IV ixtisas qrupu üzrə isə “Zaytsev qaydası” və “Qarışqa turşusunun xüsusi xassələri” mövzuları qəbul proqramından çıxarılıb.
Fizika fənni üzrə
Dərsliklərdən çıxarıldığına görə “Çevrə üzrə bərabərsürətli hərəkət”, “Termodinamikanın birinci qanununun izoproseslərə tətbiqi”, “Adiabat proses”, “Biratomlu ideal qazın xüsusi istilik tutumu “, “Proyeksiya aparatı” mövzuları qəbul proqramından çıxarılıb. Dərsliklərdə olan və hazırkı abituriyentlərin keçdikləri: “Dəyişən elektrik cərəyanı” bölməsi və “Radius-vektorun dönmə bucağı”, “İnfrasəs”, “Radiolokasiya”, “Elementar zərrəciklər” mövzuları qəbul proqramına daxil edilib.
Ədəbiyyat (rus bölməsi) fənni üzrə
Dərsliklərdən çıxarıldığına görə aşağıda adları göstərilən əsərlər proqramdan çıxarılmışdır.
Azərbaycan ədəbiyyatı
Дастан “Кёроглу” (глава “Приход Демирчиоглы в Ченлибель”).
Мухаммед Физули. Газель “Бессилен друг, коварно время... ”.
Молла Панах Вагиф. Газель “Кто заболеет любовью... ”, гошма “Байрам”.
Сеид Азим Ширвани. Стихотворение “К мусульманам Кавказа”.
Мирза Фатали Ахундзаде. Комедия “Везирь Лянкяранского ханства”.
Самед Вургун. Стихотворение “Горы”.
Мир Джалал Пашаев. Рассказ “Сирота”.
Расул Рза. Стихотворение “Карабах”.