Gələn il bütün müavinətlərdə artım proqnozlaşdırılır.
Hesablama Palatası "2023-cü il dövlət büdcəsi haqqında" qanun layihəsinə verdiyi rəydə qeyd edib ki, hamiləliyə və doğuma görə müavinətlər artırılır.
Növbəti ildə bu növ müavinətlərin maliyyələşdirilməsi üzrə 48 mln. manat vəsaitin xərclənəcəyi proqnozlaşdırılır. Bu da bu ilin proqnoz göstəricisindən 900 min manat və ya 1,9%, ilin sonuna gözlənilən icradan isə 4 mln. manat və ya 9,1% çoxdur.
Deputat Tahir Kərimli "Xəzər Xəbər"ə açıqlamasında deyib ki, parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında sözügedən qanun layihəsinin müzakirəsi zamanı bu kimi məsələlər ətraflı müzakirə olunub.