İsveçrə sakinlərinə qarşıdan gələn qışdan necə “sağ çıxacaqlarına” dair təlimatlar göndərilib. Ölkənin Energetika Nazirliyi işıq, su və elektrik enerjisi olmayacağı halda artıq üç mərhələli plan hazırlayıb.
Bildirilir ki, hökumət ekstremal tədbirlər görməyə hazırdır. Bu tədbirlərə trolleybus və qatar kimi elektrik nəqliyyat vasitələrinin söndürülməsi də daxildir. Şiddətli şaxta olarsa, qənaət məqsədilə elektrik enerjisindən üç günlük imtina da nəzərdə tutulur.