Haqq Ədalət Partiyasının (HƏP) İdarə Heyətinin iclası keçirilib.
HƏP sədri Əli İnsanovun sədrliyi ilə keçirilən iclasda bir sıra məsələlər müzakirə olunub, qərarlar qəbul edilib. Ə. İnsanov qeyd edib ki, Prezident İlham Əliyev öz tarixi missiyasını uğurla yerinə yetirməkdə davam edir. O, Azərbaycanın uğurlu xarici siyasət apardığını qeyd edib.