Məzmuna keç
Pravda.az — xəbər portalı
Dünya

Azərbaycanın iki taekvondoçusu Avropa çempionu olub

834
Paylaş:
Azərbaycanın iki taekvondoçusu Avropa çempionu olub

Rumıniyanın paytaxtı Buxarestdə taekvondo üzrə keçirilən kiçikyaşlı yeniyetmələr arasında Avropa birinciliyi başa çatıb.

Taekvondo Federasiyasından verilən məlumata görə, yarış Azərbaycan idmançıları üçün uğurlu alınıb.

Baş məşqçi İlkin Şahbazovun rəhbərliyi altında Buxarestə yollanan hər iki taekvondoçumuz Vətənə qızıl medalla qayıdacaq. Sabir Məmmədli (27 kq) və Nazim Məmmədov (30 kq) bütün rəqiblərini məğlub edərək çempion tituluna yiyələniblər.

Paylaş:

Ən son xəbərlər