Məzmuna keç
Pravda.az — xəbər portalı
Sosial

"4 saat tıxacda qalmaq olar?" - Aysel Əlizadə

937
Paylaş:
"4 saat tıxacda qalmaq olar?" -     Aysel Əlizadə

Bakıda yaranan tıxaclardan şikayətlənənlər arasına müğənni Aysel Əlizadə də qatılıb.

Bu barədə o, sosial media hesabında paylaşım edib. İfaçı 4 saatdır tıxacda qaldığını vurğulayıb:

"Lənkərana getsəydim, bundan yaxşı idi. 4 saat tıxacda qalmaq olar? Hara gedir bizim axırımız? Yeni İldə nə edək onda? Piyada gedərik hər yerə, başqa variant yoxdur. Bu, nə məsələdir, hara gedir bunun axırı? Belə getsə, metro, piyada getmək daha məntiqə uyğundur. İstanbul bizim yanımızda toya getməli olub. Deyir, gülmə qonşuna, gələr başına. Oraya gülüb, lağ edirdik ki, vay İstanbul belədir, falan. Amma İstanbul şükürlüdür, vallah. Saat 5-dən tıxac olar? Saat 4-də çıxmışam, saat 7-dir, indi çatıram evə. Çox əsəbiyəm".

Qeyd edək ki, bundan əvvəl Əməkdar artist Əkbər Əlizadə də tıxaclardan şikayətlənmişdi.

Axsam.az

Paylaş:

Ən son xəbərlər