Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunun illərdir süni şəkildə formalaşdırılan məğlubedilməzlik mifini cəmi 44 günə darmadağın elədi. Nəinki Ermənistan, hətta havadarları belə Azərbaycan xalqının, Ali Baş Komandanın iradəsi ilə hesablaşmağa məcbur oldular.
Bunun nəticəsi idi ki, müharibədən sonra regionda məhz Azərbaycanın maraqlarına cavab verən yeni siyasi reallıq yarandı.