Məzmuna keç
Pravda.az — xəbər portalı
Sosial

Diqqət: Bu marşurut avtobuslarının hərəkəti istiqamət dəyişdiriləcək

1 038
Paylaş:
Diqqət:       Bu marşurut avtobuslarının hərəkəti istiqamət dəyişdiriləcək

8 Noyabr Zəfər Günü münasibətilə hərbi orkestrin müşayiəti ilə şəxsi heyətinin yürüşü ilə əlaqədar avtomobillərin hərəkətinə tətbiq ediləcək məhdudiyyətlərə uyğun olaraq bir sıra müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemi müvəqqəti olaraq dəyişdiriləcək.

Bakı Nəqliyyat Agentliyinin yaydığı məlumata görə, yürüşün təşkil olunacağı 3 istiqamət üzrə ümumilikdə 19 sayda marşrutun (3, 5, 6, 10, 17, 18, 31, 37, 39, 53, 65, 77, 88, 96, 125, 127, 205, 206 və E1) hərəkəti müəyyən olunan saatlarda məhdudiyyətlərə uyğun alternativ küçələrdən keçməklə təşkil ediləcək.

Paylaş:

Ən son xəbərlər