Azərbaycan Dövlət Televiziyasının (AzTV) "Həftə" proqramının müəllifi və aparıcısı Rövşən Məmmədov verilişin son buraxılışında Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki fəaliyyətini sərt tənqid edib.
AzTV-də Rusiya sülhməramlıları ilə bağlı sərt tənqid: Üç ildən sonra bir nəfər belə rus əsgəri qalmayacaq - VİDEO
R. Məmmədov sülhməramlıların Qarabağda üzərlərinə götürdüyü missiyanı yerinə yetirmədiklərini bildirib. R. Məmmədov qeyd edib ki, rəsmi Bakı onların fəaliyyətini yaxından izləyir və nə işlə məşğul olduqlarını yaxşı bilir.