“İlk dəfə deyil ki, İrandan ünvanımıza hədələr gəlir. Bu ölkənin şovinist rejiminin anti-Azərbaycan siyasətini ifşa etdiyimiz bütün dövrlərdə belə təhdidlərlə, ölüm hədələri ilə üzləşmişik. Bizi Bakıda vurmaqla hədələyənlər də bilsinlər ki, belə fikrə düşsələr, cavablarını yalnız Bakıdan yox, Təbrizdən, Ərdəbildən, o taylı bu taylı bütün Azərbaycandan alacaqlar”.
Pravda.az-ın xəbərinə görə, bunu Müsavat Partiyasının başqanı Arif Hacılı bildirib.