Ermənistanla son olaraq Praqada danışıqlar apardıq.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistana səfərindən öncə jurnalistlərin suallarını cavablandırarkən deyib.
“Ermənistana açıq və konkret şəkildə dedik ki, əgər siz Azərbaycanla münasibətləri müsbət istiqamətdə aparsanız, Türkiyə olaraq bizim də Ermənistanla münasibətlərimiz müsbət istiqamətdə olacaq. Biz Ermənistandan bunu gözləyirik. Hazırda bu mərhələyə gəlmişikmi? Bunu deyə bilmərəm”, - Türkiyə lideri vurğulayıb.