“Hələ ki diplomatik müharibə gedir. Səbir tükənərsə, təbii ki, Laçın dəhlizini bağlayarıq. 2025-ci ilə qədər üçtərəfli müqaviləmiz var. Ermənilər müqavilə şərtlərini yerinə yetirməsələr, səbir kasası dolar”.
Bu sözləri Pravda.az-a Milli Məclisin deputatı Aqil Abbas cənab Prezident İlham Əliyevin 8 Noyabr – Zəfər Günündə Şuşada keçirilən tədbirdə “nə vaxta qədər gözləyəcəyik?” mesajını şərh edərkən deyib.