“Mədəniyyət sahəsinə büdcədən ayrılan pul artırılmalıdır”.
Bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Mədəniyyət komitələrinin birgə iclasında deputat Sabir Rüstəmxanlı deyib.
Deputat bildirib ki, xalqlar təkcə vuruşmur, onların tarixi, mədəniyyəti də vuruşur: “Milli Kitabxanaya ayrılan vəsait azaldılıb. Bunun səbəbi nədir?! Mədəniyyət sahəsi dövlətdə ikinci sahə kimi qiymətləndirilməli və buna uyğun vəsait artırılmalıdır. Mədəniyyət Nazirliyinə ayrılan vəsaitin nəticəyönümlülüyü araşdırılmalıdır. Verilən vəsaitlərin nəticəsi tələb olunmadığına görə Mədəniyyət Nazirliyində gündə bir əməliyyat keçirilir, bir müavin tutulur”.