Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündə iştirak etmək üçün noyabrın 10-da Özbəkistan Respublikasına səfərə gedib.
Pravda.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Səmərqənd Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.