Baş nazir Nikol Paşinyana xatırladırıq ki, Azərbaycan 2020-ci il 44 günlük müharibədə BMT Nizamnaməsinə uyğun olaraq özünümüdafiə hüququndan istifadə etməklə beynəlxalq tanınmış ərazilərini işğalçı qüvvələrdən azad edib və ərazi bütövlüyünü bərpa edib.
Pravda.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadənin Ermənistan baş naziri Nikol Paşinyanın 10 noyabr 2022-ci il tarixində hökumət iclasında çıxışı zamanı səsləndirdiyi iddialarla bağlı şərhində deyilir.