Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

“Türk dünyası İlham Əliyev, Erdoğan və digər liderlərin rəhbərliyi ilə dünyaya yenidən günəş kimi doğmaqdadır” - RƏY

887
Paylaş:
“Türk dünyası İlham Əliyev, Erdoğan və digər liderlərin rəhbərliyi ilə dünyaya yenidən günəş kimi doğmaqdadır” -       RƏY

“7 rəqəmi sirli rəqəmdir, müqəddəs, İlahi, xoşbəxtlik rəqəmidir. 7 rəqəmi zaman və məkanı idarə edir. Dünyanın bütün xalqları 7 rəqəminə həmişə xüsusi diqqət yetirmişlər. Misirdə 7 rəqəmi əbədi həyat rəmzidir. O, yaradıcılıq rəmzi sayılır. İslam ənənələrində cənnətin 7 qapısı vardır. Məkkəyə həcc ziyarəti zamanı zəvvarlar müqəddəs Kəbənin ətrafına 7 dəfə dolanırlar. Bakı şəhəri 7 təpə üstündə salınmışdır. Dünyanın da 7 möcüzəsi var”.

Pravda.az-ın xəbərinə görə, bunu deputat Tahir Mirkişili bildirib.

T.Mirkişili qeyd edib ki, dünya yenidən qurulur: “300 ilə yaxın dünyanın idarəedilməsindən uzaqlaşdırılan Türk dünyası cənab İlham Əliyev, sayın Rəcəb Tayyib Erdoğan və digər möhtəşəm türk liderlərinin (T-7) rəhbərliyi ilə dünyaya yenidən bir günəş kimi doğmaqdadır. Hər zaman ədalətin və inkişafın rəmzi olan Türk Dünyası. Tanrı Türkü qorusun!”

Paylaş:

Ən son xəbərlər