Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Adil Əliyev: “Konstitusiyada əksini tapan suverenlik və ərazi bütövlüyü ilə bağlı normaları ölkəmiz Vətən müharibəsi ilə bərpa etdi”

734
Paylaş:
Adil Əliyev: “Konstitusiyada əksini tapan suverenlik və ərazi bütövlüyü ilə bağlı normaları ölkəmiz Vətən müharibəsi ilə bərpa etdi”

Milli Məclisin sədr müavini Adil Əliyev 12 Konstitusiya Günü ilə bağlı paylaşım edib.

Pravda.az-ın xəbərinə görə, paylaşımda deyilir:

“12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günüdür. Konstitusiyanın qəbul edilməsindən 27 il keçir. 1995-ci ilin mayında Ümummilli lider Heydər Əliyevin sədrliyi ilə Azərbaycan Respublikasının Konstitusiyasının layihəsinin hazırlanması məqsədilə Komissiya formalaşdırıldı. Əsas Qanunumuz 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsinə çıxarılaraq, xalqımız tərəfindən yekdilliklə qəbul edildi. Konstitusiyamızda öz əksini tapmış suverenlik və ərazi bütövlüyü ilə bağlı normaları ölkəmiz Vətən müharibəsi ilə bərpa etdi və 11-ci maddədə təsbit olunmuş Azərbaycan Respublikasının ərazisinin vahidliyini, toxunulmazlığını və bölünməzliyini bir daha dünyaya nümayiş etdirdi”.

Paylaş:

Ən son xəbərlər