Almaniya kansleri Olaf Şolts İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın ölkəsi ilə bağlı bəyanatına sərt reaksiya verib.
Pravda.az xəbər verir ki, bu barədə kansler tviterdə yayımladığı həftəlik videomüraciətində bildirib.
"Tehran administrasiyasına yalnız bir şeyi deyə bilərəm: öz vətəndaşlarınıza atəş açırsınızsa, siz necə hökumətsiniz?", - Şolts deyib.