Rusiya Prezidenti Vladimir Putinlə İran İslam Respublikasının Prezidenti İbrahim Rəisi arasında telefon danışığı olub.
Telefon danışığı zamanı iki ölkə arasında siyasi, ticarət-iqtisadi, o cümlədən nəqliyyat və logistika sektorunda əməkdaşlığın daha da inkişaf etdirilməsi vurğulanaraq ikitərəfli gündəliyin bir sıra aktual məsələləri müzakirə edilib. Rusiya və İranın müvafiq qurumları arasında əlaqələrin gücləndirilməsi razılaşdırılıb.