Gəncədə 26 yaşlı qız anasının sevgilsini bıçaqlayıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, bu barədə Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirirlən prosesdə elan edilib.
Bildirilib ki, 1996-cı il təvəllüdlü Nərgiz Binnətova (şərti) anası ilə qeyri-rəsmi ər-arvad kimi yaşayan Səfər Həsənova (şərti) iki dəfə bıçaqla xəsarət yetirib.
İttihama görə,zərərçəkmiş şəxs sərxoş vəziyyətdə yaşadıqları evin pəncərəsini sındırıb, onunla və anası ilə münaqişə edib. Daha sonra qadın mətbəx bıçağı götürərək Səfərin üzərinə hücum edib. Nərgiz kişinin bədəninin müxtəlif nahiyələrinə iki bıçaq zərbəsi endirərək onun qəsdən sağlamlığına ağır zərər vurub.