Gəncə Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Ələkbər Ələkbərovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Natiq Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə cinayət işinin materiallarını öyrənib, belə qənaətə gəlib ki, cinayət işi üzrə ibtidai araşdırma aparılarkən istintaq orqanı tərəfindən Cinayət Prosessual Məcəlləsinin 303.3.1-ci maddəsində göstərilən kobud qanun pozuntusuna yol verildiyindən, bu pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilməli və cinayət işinin materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır.
Sonda qərar elan olunub. Qərara əsasən, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol verildiyindən bu pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilib və cinayət işinin materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Ağdam Rayon Prokuroruna qaytarılıb.
Bildirilib ki, təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvədə saxlanılıb.