Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

İran nota verdi – “Azərbaycan prosesə hazır olmalıdır” - AÇIQLAMA

2 200
Paylaş:
İran nota verdi – “Azərbaycan prosesə hazır olmalıdır” -       AÇIQLAMA

“Səfirimizin Təbrizlə bağlı paylaşımının tərcüməsi “işıqlı, gələcəyi gözəl olan Təbriz” demək idi. İran bundan narahat olur. Belə çıxır ki, Təbrizin adını çəkməli deyilik, Təbrizdən danışmamalıyıq. Təbriz nəyə görə gələcək Azərbaycanın paytaxtı ola bilər? Təbriz ruhani şəhərdir, tarixi olan, zəngin Azərbaycan türklərinin ululardan bəri daş-kəsəyinə ruhlarının hopduğu bir şəhərdir. Təbriz İranın gələcək taleyi ilə bağlı söz sahibi olan şəhərdir. İranın narahatlığı buna görədir. Təbii ki, İran Azərbaycanda din siyasətinin yanlışlığından əksər məscidlərimizdə saxta “İran İslamı”, “fars İslamı”, saxta siyasi şiəliyin təbliğatı üçün istifadə edir. Cinahlar, şəbəkələr qurdular və şəbəkənin ifşası prosesi gedir”.

Bu sözləri Pravda.az-a Haqq Ədalət Partiyasının Məclis sədri Zəlimxan Məmmədli Azərbaycanın İrandakı səfirinin İranın Xarici İşlər Nazirliyinə çağırılaraq, Azərbaycana nota verilməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.

Z.Məmmədli vurğulayıb ki, Azərbaycan cəmiyyətində İranla bağlı güneyli-quzeyli vahid bir mövqe var: “İran İslam təəssübkeşliyini kənara atıb, Ermənistanı-düşmənimizi dəstəkləyir. Bütün bunlar səfərbərliyimiz üçün ciddi əsaslar verir. Proses gedir. İşartı olaraq görünən budur ki, bu gün xaotik ola bilər. Amma mahiyyətcə güneyli-quzeyli, avropalı bütün türklər fars rejiminin türk, Azərbaycan düşməni, erməniyanlı olduğu, bölgədə barış və sülhü istəməyən bir zehniyyətin İranda hakim olduğunu görərək ortaq bir amalda hərtərəfli birləşiblər. Hətta Türkiyənin siyasi sistemində bu məsələ ciddi müzakirə olunur. Azərbaycan dil açır, protest edir. İrandan gələn hədələrə qarşı etirazlar, insan, təhsil haqqı məsələsi Prezident səviyyəsində dilə gəlir. Bunların hamısı İranı narahat edir və təbiidir ki, narahat olacaq, təxribatlar da edəcəklər. Onlar bilirlər ki, Güney və Quzey Azərbaycanın bütövlüyü idealının ideya və siyasi mərkəzi məhz Quzey Azərbaycandır. Azərbaycanın içində təxribatlar edə bilərlər. Ona görə də Azərbaycan cəmiyyəti baş verənlərdən nəticə çıxararaq Quzey Azərbaycanın güclənməsi, siyasi sistemninin dayanıqlılığı, o cümlədən İranın ehtimal olunan diversiyalarına qarşı dirəniş layihəsinin hazırlanması üçün çalışmalıdır. Güney Azərbaycanda gələcəkdə xalq hərəkatı və istiqlal mübarizəsinə keçəcək prosesə dəstəyin alt yapısı hazırlanmalıdır. Bu, açıq şəkildə, altı cızılaraq qeyd olunası bir məsələdir ki, Quzey Azərbaycan bu prosesə hazır olmalıdır”.

O bildirib ki, İran üçün ən ciddi başağrılarından biri orada istismar olunan soydaşlarımızdır: “Azərbaycanı bölən də bəllidir – bir tərəfdə İran, digər tərəfdə Rusiyadır. İndiki zamanda birləşmə haqqını ön görürlər. Güney Azərbaycanda, İranda da soydaşlarımız zaman-zaman fürsət düşdükcə haqları uğrunda sloqanlar ortaya qoyur, yürüşlər keçirirlər. Mövcud rejim isə onların səslərini boğmaq üçün mümkün çirkin vasitələrdən istifadə edir. Hətta milləti aşağılayıcı karikaturalardan tutmuş ifadələrə qədər təhqir etməkdən çəkinmədilər. Bu gün İranda ciddi proseslər gedir, fars-molla rejiminin, yaxud fars şovinizminin simasızlığı açılır. Orada molla qiyafələri, İslam altında istismar mexanizmi mövcuddur. Bu, təsdiqini tapır. Gənclər o saxta dinin altında yaşamaq istəmir, etiraz edirlər, azadlıq, demokratiya, haqlarını istəyirlər. Bu simanın açılmasında təbii ki, həm də ortada bir Güney Azərbaycan məsələsi var. Azərbaycan türklərinin “milli hökumət”, “azadlıq”, “hürriyyət” şuarları İranı ciddi şəkildə narahat edir”.

Aytəkin Qardaşova

Paylaş:

Ən son xəbərlər