Gəncə Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən E.Kərimovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Natiq Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxsin müdafiəçisi məhkəməyə yazılı vəsatət təqdim edərək məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan ibtidai istintaq zamanı kobud pozuntuya yol verildiyindən cinayət işi CPM-nin 303.3.1 və 303.3.6-cı maddələrinin tələblərinə əsasən təqsirləndirilən şəxsin müdafiə hüququ pozulduğundan, ittiham aktı bu Məcəllənin 289-cu maddəsinin tələblərinə uyğun tərtibolunmadığından məhkəmənin hazırlıq iclasında cinayət işinə baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını məhkəmədən xahiş edib.
Vəsatət təmin edilib. Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə məhkəməyədək icraat zamanı cinayət prosessual qanunvericiliyinin tələbləri pozulduğundan, bu pozuntunun aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilsin və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Ağdam rayon prokuroruna qaytarılıb.
Qeyd: Hadisə bu il iyul ayının 8-i saat 21:10 radələrində rayonun Çəmənli kəndində qeydə alınıb.