Rusiya Prezidenti Vladimir Putin ilk dəfə olaraq “Qəhrəman ana” fəxri adının verilməsi ilə bağlı fərman imzalayıb.
Bu barədə TASS məlumat yayıb.
Fərmana əsasən, Çeçenistan rəhbəri Ramzan Kadırovun həyat yoldaşı Medni Kadırovaya və Yamal-nene muxtar dairəsindən Olqa Dextyarenkoya “Qəhrəman ana” fəxri adı verilib.