"ABŞ "vahid Çin" siyasətinə sadiq qalır, Tayvan boğazında status-kvonun dəyişdirilməsinə qarşıdır".
Pravda.az “Report”a istinadən xəbər verir ki, bu barədə Ağ Evin ABŞ Prezidenti Cozef Bayden və ÇXR sədri Si Cinpinin görüşünün nəticələrinə dair yaydığı bəyanatda deyilir.
Bəyanatda, həmçinin ABŞ və Çin arasında gələcəkdə münaqişənin qarşısını almaq üçün prinsiplərin işlənib hazırlanmasının vacibliyi vurğulanır.
Ağ Evdən bildirilib ki, Bayden Si Cinpinə ABŞ-ın Çinlə fəal rəqabət aparmağa davam edəcəyini söyləyib. ABŞ və Çin rəhbərləri razılaşıblar ki, nüvə müharibəsi heç vaxt aparılmamalıdır və bu müharibədə qalib olmur. Liderlər Ukraynada nüvə silahından istifadə təhdidlərinə də qarşı çıxıblar.