Türkiyənin İstanbul şəhərinin İstiqlal küçəsində partlayış törətməkdə şübhəli bilinən Suriyaəsilli Ahlam Albashırın evində axtarış aparılıb.
Albashırın evində aparılan axtarışlar zamanı 3 min 800 dollar, 5 min avro və 10 min lirə və çoxlu qızıl-zinət əşyaları ələ keçirilib.
Bundan başqa, hadisə ilə əlaqadar daha iki nəfər saxlanılıb. Bununla da saxlanılanların sayı 48-ə çatıb.