Məzmuna keç
Pravda.az — xəbər portalı
Sosial

Media Reyestrinə bütün media subyektlərinin müraciət etməli olub-olmadığı məsələsinə aydınlıq gətirilib

656
Paylaş:
Media Reyestrinə bütün media subyektlərinin müraciət etməli olub-olmadığı məsələsinə aydınlıq gətirilib

Medianın İnkişafı Agentliyi Media Reyestrinə bütün media subyektləri müraciət etməli olub-olmadığı məsələsinə aydınlıq gətirib.

Pravda.az-ın xəbərinə görə, Medianın İnkişafı Agentliyinin (MEDİA) Kommunikasiya şöbəsinin müdiri - mətbuat katibi Səidə Şəfiyeva APA-nın sorğusuna cavab olaraq deyib ki, “Media haqqında” Azərbaycan Respublikası Qanununun 78.3-cü maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək fəaliyyət göstərən çap mediası və onlayn media subyektləri Media Reyestri formalaşdığı tarixdən 6 ay müddətində “Media Reyestrinin aparılması Qaydaları”na uyğun olaraq Medianın İnkişafı Agentliyinə müraciət etməlidir.

“Qeyd olunan müddəa keçid müddəa statusundadır və Qanun qüvvəyə minənə qədər artıq fəaliyyət göstərən media subyektlərinin hüquqi vəziyyəti ilə yeni yaranacaq media subyektlərinin hüquqi vəziyyətinin balanslaşdırılması xarakteri daşıyır. Media Reyestri fəaliyyətə başladıqdan 6 ay sonra Qanunun 78.3-cü maddəsi öz hüquqi qüvvəsini itirir və bu tarixdən sonra Qanunun 62.2-ci maddəsi yaranma tarixindən asılı olmayaraq bütün media subyektlərinə münasibətdə tətbiq edilir”, - o əlavə edib.

Paylaş:

Ən son xəbərlər