Noyabrın 15-də Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Qlobal Media Konqresi öz işinə başlayıb. 18 ölkədən 170 məruzəçinin iştirak etdiyi və 25 ölkəyə məxsus 150 sərgi stendinin qurulduğu Qlobal Media Konqresində Azərbaycan nümayəndə heyəti ilə təmsil olunur.
Pravda.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə Yaxın Şərqdə ilk dəfə olaraq media sənayesi, rəqəmsal kommunikasiya, süni intellekt, qabaqcıl texnologiyalar və innovasiya məsələləri ilə bağlı müzakirələr aparılır, həmçinin televiziya və radio, onlayn nəşrlər, eləcə də qlobal miqyasda sosial media üzrə sessiyalar təqdim olunur, bununla yanaşı, beynəlxalq şirkətlərin iştirakı ilə ixtisaslaşmış sərgi təşkil edilir.