Fransa qanunverici orqanının öz seçicilərinə hörmətsizliyi davam edir. Ölkə senatı dövlətin marağını erməni lobbisinə qurban verir. Fransa Senatı bir daha beynəlxalq hüquqa hörmətsizlik etməklə terroru, iğtişaşı, münaqişəni, işğalı dəstəklədiyini, soyqırımı müdafiəçisi olduğunu nümayiş etdirib.
Belə ki, Fransa parlamentinin yuxarı palatası – Senat növbəti dəfə beynəlxalq hüququn norma və prinsiplərinə açıq hörmətsizlik nümayiş etdirərək Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı qərəzli və ədalətsiz qətnamə qəbul edib.
Senat 2020-ci il noyabrın 25-də, Aşağı Palata Milli Assambleya isə 2020-ci il dekabrın 3-də Azərbaycan Respubvlikasının əleyhinə qətnamə qəbul etmişdi.
Fransa konstitusiyasına görə təhlükəsizlik, müdafiə və xarici siyasət məsələləri birbaşa hökumətin, daha dəqiq desək, Respublika Prezidentinin səlahiyyətinə aid olduğundan, bu sənədləri Yelisey Sarayının qətnamələri kimi qəbul etmək daha doğru olar.
Bu baxımdan Fransa hakimiyyəti, onun başçısı Emmanuel Makron öz seçicisinin mənafeyini lobbinin tapşırığına satır.
Göründüyü kimi Yelisey sarayı dünyada dinc yanaşı yaşamaq, normallaşama prosesinə töhfə verməkdənsə əsassız iddialarla öz ərazi büövlüyünü təmin edib, suverenliyi uğrunda mübarizə aparan Azərbaycana qarşı siyasi baxımdan təzyiq göstərir. Bu, həm də rəsmi Parisin siyasi terroru kimi də dəyərləndirilə bilər.
Emmanuel Makron beynəlxalq hüququ pozmaqda parlamenti də özünə suç ortağı edir.
Makron bu dəfə də ənənəsinə sadiq qalaraq, parlamentin qərar qəbul etməzdən öncə Azərbaycan Prezidenti İlham Əliyevə zəng vurmuşdu. O, “tərəfsiz vasitəçiliyindən”, Fransanın Azərbaycanla Ermənistan arasında normallaşma prosesinə “töhfə vermək istəyi” və s. barədə danışıb. Təbii ki, Makron bu fikirlərində səmimi deyil. Əks halda o, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşardı.
Makron bu davranışı ilə ermənilik məktəbindən çıxdığını nümayiş etdirib. Burada Puşkinin məşhur “Sən oğrusan, sən yalançısan, sən ermənisən.!” ifadələri yada düşür. Bu ifadələr Makrona da şamil edilə bilər. Üzdə Azərbaycan lideri ilə xoş, mülayim danışıb, arxadan zərbə endirmək namərdlikdir. Bunu Fransa Prezidenti bacarır. O, bu addımı ilə daha çox Fransaya xəyanət edir. Çünki buna görə perspektivdə rəsmi Parisə, Yelisey sarayına etimad azalacaq. Onun münaqişlərin həllində rolu azalacaq.
Makronun hakimiyyətə gəlişindən sonra Fransanın deqredasiyaya uğramış “Azadlıq, Bərabərlik, Qardaşlıq” devizi yalnız xristianlara keçərlidir. Ölkədə tüğyan edən irqçi, antisemit, Azərbaycanfob, türkofob və islamofob hallar fonunda azadlıq kimi fundamental dəyərlərə münasibətdə selektiv yanaşma tətbiq olunur.
Makron Fransasının bu davranışı müsəlman dünyasına nifrətdən doğur. O, hakimiyyətə gələndən sonra Fransada vətəndaşlığından asılı olmayaraq müsəlmanlara qarşı nifrət toxumu səpilir. Fikimrizcə, Rəsmi Paris Afrikadakı məğlubiyyətinin acığını erməniləri bəhanə edərək Azərbaycandan çıxmağa səy göstərir.
Fransa Senatı beynəlxalq normaları da pozub. O, Azərbaycanla imzaladığı sənədə, deməli, üzərinə götürdüyü öhdəliklərə hörmətsizlik edib. Bu, qədim peşə sahiblərinin davranışın xatırladır. Bu baxımdan Azərbaycan əleyhinə indiyə kimi qəbul edilən qətnamə iki dövlət arasında 1993-cü il dekabrın 20-də imzalanmış “Dostluq, qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında Müqavilə”yə zidddir.
Fransa Azərbaycana qarşı təkcə siyasi və hüquqi çərçivədə diskriminasiya etmir. Fransada yaşayan radikal erməni qruplarının Azərbaycanın Parisdəki səfirliyinə qarşı dəfələrlə hücumu və Fransanın bunun qarşısını almaq üçün heç bir tədbir görməməsi onların erməni vandalizmini himayə etməsi, Azərbaycana qarşı açıq düşmənçilik mövqeyi tutduğunu bir daha sübut edir. Rəsmi Paris Diplomatik əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyası üzrə diplomatik nümayəndəliyi hər cür hücumlardan və zərər vurulmasından qorumaq və nümayəndəliyin sakitliyinin pozulmasının və ya şərəfinin təhqir olunmasının qarşısını almaq üçün lazımi tədbirlər görmək kimi beynəlxalq öhdəliklərini yerinə yetirməməklə Azərbaycana qarşı selektiv yanaşdığını göstərir.
Cənubi Qafqaz regionunda təhlükəsizlik üçün əsas təhdid olan Ermənistan-Azərbaycan konfiliktinin 30 ilə yaxın bir müddətdə həllini tapmamasının əsas səbəblərindən biri də danışıqlar prosesində beynəlxalq vasitəçi rolunu oynamış Fransanın Ermənistanın işğalına əsaslanan status-kvonu qoruyub saxlamağa çalışmasıdır.
Rəsmi Paris Ermənistan vasitəsi ilə Afrikada, Əlcəzairdə, Malidə, Liviyada əzilən burnunu Cənubi Qafqaza soxmağa çalışır. O, Azərbaycanın ərazi bütövlüyünə qarşı qətnamə ilə özünü Qərbdə humanist kimi göstərməyə çalışır.
Fransa tərəfindən Azərbaycan qüvvələrinin beynəlxalq səviyyədə tanınan ərazimiz olan, qətnamə layihəsində “Laçın dəhlizi” kimi qeyd olunan ərazilərdən çıxarılmasına dair tələbin səsləndirilməsi həyasızlığın zirvəsidir. Ermənistanın belə, heç vaxt dilə gətirmədiyini Fransanın Azərbaycandan tələb etməsi “ermənidən daha çox erməni” olmağa çalışdığını, belə bir güclü ölkənin radikal ermənilərin əlində necə oyuncağa çevrildiyini göstərir.
Makron Fransanın tarixdə olduğu kimi – işğalçı, insan alverçisi, saxta, riyakar, dinlərarası iğtişaş yaradan, soyqırımı törədən, etnoslararası kin-nifrət toxumu səpən, cinayətkar olaraq qalmasına yardım edir. O, Fransanın keçmişdə törətdiyi pis əməllərə müasir insanların bir daha nəzər salmasının vacibliyini sübuta yetirir.